AZ

Türkiyədə futbol mərcləri ilə bağlı 20 nəfər həbs edildi – Aralarında ŞOK isimlər də var

İstanbul Baş Prokurorluğu tərəfindən futbol oyunlarında mərc və sazişli matçlarla bağlı aparılan istintaq çərçivəsində 17 vilayəti, o cümlədən İstanbul ərazisini əhatə edən genişmiqyaslı əməliyyat keçirilib.

NOCOMMENT.az xəbər verir ki, əməliyyat nəticəsində MASAK (Maliyyə Cinayətləri üzrə Araşdırma Şurası) hesabatları, bank əməliyyatları və HTS (trafik qeydiyyatları) məlumatları əsasında 39 şübhəli saxlanılıb.

Onlardan 29 nəfər, o cümlədən 27 futbolçu məhkəməyə təqdim olunub. Cinayət Məhkəməsinin hakimi 20 şübhəli barədə həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib. Həbs olunanlar arasında “Fənərbağça”dan Mert Hakan Yandaş və “Qalatasaray”dan Metehan Baltacı da var.

Qalan şübhəlilər üçün isə məhkəmə nəzarəti tətbiq edilib.

Seçilən
77
nocomment.az

1Mənbələr