Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
AccessBank maliyyə imkanlarını
daha da əlçatan etmək məqsədilə gömrük, vergi, tibb və təhsil sahəsində çalışan
şəxslər üçün yeni sərfəli nağd kredit təklifini təqdim edir. Bankın xüsusi
kampaniyası çərçivəsində müştərilər 40 000 manatadək nağd krediti daha
əlverişli şərtlərlə əldə edə biləcəklər.
Təklif
çərçivəsində müştərilərə mövcud
tariflərlə müqayisədə illik faiz dərəcəsində 7%-dək endirimtəqdim olunur. Nağd kredit məhsulu üzrə illik faiz dərəcəsi minimum 10%,
maksimum isə 17% təşkil edir. Kreditin Faktiki illik faiz dərəcəsi (FİFD) 14,46%-dən başlayırvə seçilən müddətə, komissiya və kredit məbləğinə uyğun olaraq dəyişə bilər. Komissiya: 1–4%, kredit
müddəti isə 6 aydan 48
ayadək nəzərdə tutulur.Müştərinin istəyinə uyğun olaraq faizsiz kredit kartı da təqdim olunur
ki, bu da gündəlik ödənişlərin daha rahat və çevik şəkildə idarə edilməsinə
imkan yaradır.
Kampaniya19 noyabr 2025-ci ildən 30 dekabr 2025-ci ilədək etibarlıdır.
AccessBank
müştərilərinin maliyyə planlamasını sadələşdirən, onların gündəlik
ehtiyaclarına uyğun sərfəli və etibarlı həllər təqdim etməyə davam edir
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 23-i bölgələrdə olmaqla, 37 filialı fəaliyyət göstərir və MKOB-lar üçün
əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.