Zərdabda "Toyota" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Publika.az Report-a istiandən xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Məlumata görə, xəsarət alanlar rayonun Bıçaqçı kənd sakinləri olan bir ailənin üzvləri olan - Məftun Məmmədov, Sona Məmmədova, Rəna Məmmədova və Uğur Məmmədovdur (azyaşlı).
Qəza zamanı İntiqam Knyaz oğlu Məmmədov (azyaşlı) və Tunar Məmmədov ölüb.