AZ

“Fənərbaxça” şikayət etmişdi: UEFA Qalatasaray ın oyununa göndərdi

ain.az, Apasport portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının növbəti turu çərçivəsində bu gün keçiriləcək “Monako” – “Qalatasaray” matçının hakim təyinatları açıqlanıb.Apasport.az xəbər verir ki, qarşılaşmada dördüncü hakim funksiyasını hollandiyalı Allard Lindhaut yerinə yetirəcək.

Maraqlıdır ki, Lindhaut bundan əvvəl “Fənərbaxça” klubunun UEFA-ya rəsmi şəkildə şikayət etdiyi hakimlərdən biridir. İstanbul təmsilçisi cari mövsümdə Avropa Liqasında "Viktoriya Plzen"lə keçirilən matçda Lindhautun verdiyi qərarlardan ciddi narazılıq bildirmiş və bununla bağlı UEFA-ya müraciət ünvanlamışdı.

“Fənərbaxça” həmin görüşdə Lindhautun bir çox epizodda verdiyi qərarların oyunun gedişinə birbaşa təsir etdiyini əsas gətirmiş, klub lehinə penalti qərarının verilmədiyini və VAR müdaxiləsinin yetərsiz qaldığını vurğulamışdı. Klub hakimin idarəçiliyini “standartlardan kənar” kimi qiymətləndirmişdi.

Buna baxmayaraq, UEFA hollandiyalı hakimi növbəti təyinatlarda da siyahıdan kənarlaşdırmayıb. Lindhaut Çempionlar Liqasının vacib qarşılaşmalarından biri olan “Monako” – “Qalatasaray” oyununda dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakı vaxtilə saat 00:00-da başlayacaq “Monako” – “Qalatasaray” matçının baş hakimi Danny Makkeli olacaq.

UFC prezidentindən Tsarukyana: "Öz işiylə məşğul olsun"

Mert Hakan Yandaşdan mərc etirafı: "Bunu kimin hesabı ilə etdiyimizi xatırlamıram"

“Milan”ın futbolçusu zədələnib

“Real”ın müdafiəçisi zədələndi - 4 AY OYNAMAYACAQ

"Jirona" "Barselona"nın futbolçusu ilə güclənmək istəyir

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
apasport.az

2Mənbələr