AZ

2025 ən isti illərdən biri kimi qeydə alınıb

ain.az, Reyting.az saytına istinadən bildirir.

Dünya 2025-ci ildə temperaturun artması ilə mübarizə aparıb. Bu il tarixdə ikinci və ya üçüncü ən isti il kimi qeyd olunacaq.

Reyting.az xatırladır ki, 2025-ci ildə temperatur bir çox ölkələrdə, xüsusən də yaz və yay aylarında rekord həddə çatıb.

Bu il Yer kürəsində ən yüksək temperatur - 50,5 dərəcə Selsi - Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda qeydə alınıb.

Kopernik İqlim Dəyişikliyi Xidməti və Avropa Birliyinin Yer Müşahidə Proqramının məlumatına görə, yanvar-noyabr ayları arasında qlobal temperatur sənayedən əvvəlki dövrlə müqayisədə orta hesabla 1,48 dərəcə Selsi yüksək olub.

Bu anomaliyaların 2024-cü ildən sonra qeydə alınan ikinci ən isti il olan 2023-cü ilin göstəriciləri ilə eyni səviyyədə olduğu müəyyən edilib.

Bununla belə, dünya liderləri temperaturun yüksəlməsinin qarşısını almaq üçün müxtəlif öhdəliklər götürüblər. Onlar əsrin sonuna qədər planetin sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1,5 dərəcə Selsidən artıq isinməsinin qarşısını almağa söz verirlər.

Alimlər bildirirlər ki, temperatur hədəfi 30 illik orta göstərici əsasında qiymətləndirilməlidir.

Temperatur ayrı-ayrı aylar və illər üzrə bu həddi aşsa da, zaman keçdikcə hədəfə nail olmaq ehtimalı azalır.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Dr. Samanta Bercess bildirib ki, noyabr ayında qlobal temperatur sənayedən əvvəlki səviyyələrdən 1,54°C yüksək olub. O əlavə edib ki, 2023-2025-ci illərin üçillik orta göstəricisi tarixdə ilk dəfə olaraq 1,5°C həddini keçmək üzrədir.

Agentliyin aylıq bülletenində qeyd olunur ki, ötən ay qlobal miqyasda üçüncü ən isti noyabr qeydə alınıb, Şimali Kanada və Arktik okeanda temperatur “əhəmiyyətli dərəcədə” yüksəlib.

Bununla yanaşı, noyabr ayında Cənubi və Cənub-Şərqi Asiyada çoxsaylı təhlükəli hava hadisələri - həyat itkisinə səbəb olan siklonlar, dağıdıcı daşqınlar və digər ekstremal hadisələr baş verib.

Yer kürəsini bürüyən karbon çirklənməsi səbəbindən orta temperatur kəskin şəkildə yüksəlib. Bu isə istilik dalğalarından tutmuş həddindən artıq yağıntılara qədər müxtəlif hava hadisələrinin şiddətini artırıb. Bununla yanaşı, təbii amillər səbəbindən temperatur ildən-ilə dəyişkənliyini qoruyur.

V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
9
reyting.az

10Mənbələr