Həmyerlimiz Afrikada Məryəm Nabatanzi adlı qadının qonağı olub.
Publika.az xəbər verir ki, "Mama Uqanda" adı ilə tanınan qadın 41 yaşında 48 uşaq dünyaya gətirərək Ginnesin rekordlar kitabına düşüb.
Həmyerlimiz onun yaşadığı evə gedərək məşhur ananın həyat şəraiti, övladları ilə münasibəti və gündəlik çətinlikləri barədə məlumat alıb. Səfər zamanı çəkilən görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.
Qeyd edək ki, Məryəm Nabatanzi dünyada ən çox uşaq dünyaya gətirən qadın kimi tanınır. O,gənc yaşlarında ailə qurub və tibbi səbəblərə görə çoxdöllü hamiləliklər yaşayıb.