ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə mərc oyunlarına görə aparılan geniş istintaq futbol dünyasında böyük səs-küy yaradıb.
Məlumata görə, futbolçular, hakimlər, klub rəhbərləri və tanınmış şərhçilər də daxil olmaqla 37 nəfər məhkəməyə çıxarılıb və onların 5-i barəsində həbs-qətimkan tədbiri seçilib.
Həbs olunanlar arasında “Qalatasaray”ın futbolçusu Metehan Baltacı, “Fənərbaxça”lı Mert Hakan Yandaş, “Adana Dəmirspor”un sabiq prezidenti Murat Sancak, “Konyaspor”un oyunçusu Alassane Ndao və “Ankaraspor”un sahibi Ahmet Okatan var. Futbol şərhçisi Ahmet Çakarın isə səhhətində yaranan problemlərə görə həbs qərarı müvəqqəti dəyişdirilib.
Qeyd edək ki, indiyə qədər onlarla hakim cəzalandırılıb - bəziləri 8–12 ay diskvalifikasiya edilib. Bundan başqa, 1024 futbolçu da araşdırma üçün PFDK-ya göndərilib və onların 102-si 45 gündən 12 aya qədər meydanlardan uzaqlaşdırılıb.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.