Bakıda 43 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 8-də Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Nərgiz Məmmədova yolda gedərkən müvazinətini itirərək yıxılıb. Hadisə nəticəsində qadın başından xəsarət alaraq hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.