Zərdabda ağır yol nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şıxbağı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki sürücü Məftun Məmmədovun idarə etdiyi TOYOTO markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.Nəticədə avtomobildə olan sürücünün atası İntiqam Məmmədov və azyaşlı oğlu Tunar Məmmədov ölüb.Sərnişinlər Sona Məmmədova,Rəna Məmmədova, İntiqam Məmmədov, Uğur Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb.Hazırda fakt araşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta