AZ

Nazir: Avtomobil yığmaq heç bir əlavə dəyər yaratmır FOTO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

“Avtomobil yığılması nə real əlavə dəyər yaradır, nə texnologiya transferi ilə nəticələnir, nə də sanballı sənaye qurmağa imkan verir”.

Avtosfer.az xəbər verir ki, bu fikri Əlcəzairin sənaye naziri Yəhya Bəşir parlamentdəki hesabatında bildirib. 

Nazir vurğulayıb ki, “təkərə hava vurmağa” əsaslanan avtomobil yığılması iqtisadi asılılığı azaltmır. Lakin bunsuz da keçinmək mümkün deyil. Özü avtomobil layihələndirməyən ölkələrin çoxu bu yolu keçib. 

Nazirin fikrincə, çıxış yolu detalların çox hissəsinin ölkə daxilində istehsalına nail olmaq və bu yolla proqressiv inteqrasiyanı təmin etməkdir. Bu həm yolla idxaldan asılılığı ciddi şəkildə azaltmaq, həm də real iqtisadi dəyər yaratmaq mümkündür.

Yəhya Bəşirin fikrincə, bu təqdirdə avtomobil sənayesi iqtisadiyyatın əsas sahələrindən birinə çevrilə bilər. Son nəticədə minlərlə yeni iş yeri yaranacaq, ixrac təyinatlı məhsul ərsəyə gələcək.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
1
avtosfer.az

2Mənbələr