AZ

Putin Alimovu Rusiya XİN rəhbərinin müavini təyin edib

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Sergeyeviç Alimovu Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edib. 

Missiya.Az xəbər verir ki, müvafiq fərman rəsmi hüquqi aktların dərci üçün yayımlanıb və imzalandığı gündən qüvvəyə minib.

Aleksandr Alimov 2022-ci ildən Nazirliyin Çoxtərəfli Humanitar Əməkdaşlıq və Mədəni Əlaqələr Departamentinə rəhbərlik edirdi. Daha əvvəl o, Rusiyanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndənin müavini, 2008-2012-ci illərdə isə Nyu Yorkdakı BMT yanında daimi nümayəndəliyin baş məsləhətçisi olub. Alimov Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsinə malikdir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
108
50
missiya.az

10Mənbələr