
Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşeviçi Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi vəzifəsindən azad edib.
Missiya.Az xəbər verir ki, onun yerinə Dmitri Polyanski təyin olunub.
Eyni zamanda, Aleksandr Lukaşeviç MDB-nin qanunvericilik orqanlarında Rusiyanın daimi nümayəndəsi vəzifəsini icra edəcək. Müvafiq fərmanlar hüquqi informasiya portalında dərc edilib.
Qeyd edək ki, Dmitri Polyanski bu vaxta qədər Rusiyanın BMT-dəki Daimi Nümayəndəsinin birinci müavini vəzifəsində çalışıb.
Seyranə QuliyevaMissiya.Az