AZ

Qalatasaray Monako ilə oyuna sol qanad sız çıxacaq

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Qalatasaray" Çempionlar Liqasında "Monako" ilə oyuna ciddi itkilərlə qarşılaşır. 

Fanat.Az xəbər verir ki, baş məşqçi Okan Buruk xüsusilə müdafiənin sol cinahında oynatmağa futbolçu tapmır. 

Həmin mövqedə çıxış edən oyunçuların hamısı bu və ya digər səbəbdən sıradan çıxıb. İsmayıl Ceykobs zədə səbəbindən Fransaya aparılmayıb. Bundan başqa, komandadan ayrılacağı ilə bağlı iddialar səsləndirilən Kazımcan Karataş heyətdə yer almayıb. Eren Elmalı isə qanunsuz qumar oyunları ilə bağlı cəzalandırılıb. O, Türkiyə futbolunda yaşanan qalmaqal ilə bağlı aparılan böyük araşdırma çərçivəsində 45 gün müddətinə futboldan uzaqlaşdırılıb. Bu azmış kimi, müdafiəçi Metehan Baltacı da eyni səbəbdən həftəsonu şübhəli bilinərək həbs edilib. Günahı təsdiq olunarsa, o, ən azı bir il həbs cəzası ala bilər. Klub artıq onun təqsirli bilinəcəyi təqdirdə müqaviləsinə xitam veriləcəyini bildirib və şərh verməkdən imtina edib.

"Qalatasaray" "Monako" ilə bu gün qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 00:00-da start götürəcək. 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
3
fanat.az

4Mənbələr