ain.az, Marja.az saytına istinadən bildirir.
“BakuBus” MMC işğaldan azad edilmiş rayonlar üzrə elektrik mühərrikli avtobusların satın alınması üzrə müqavilə bağlayıb.
Marja.az xəbər verir ki, müqavilə “Azerbaijan Energy Automotive Factory” MMC ilə bağlanıb.
Müqavilənin məbləği 16 milyon 675 min 640 manatdır.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “Azerbaijan Energy Automotive Factory” Sumqayıt Sənaye Parkında yerləşir. Zavodu Azərbaycan Biznesinin İnkişafı Fondu, "SARDA Group" və BYD ilə əməkdaşlıq nəticəsində yaradılmış "Electrify" şirkəti idarə edir.
Həmçinin “BakuBus” MMC “BAKELEKTRO” ASC ilə də məbləği 12 milyon 255 min manat olan müqavilə imzalayıb. Müqavilə Albalılıq qarajı (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 658) üzrə elektrik təchizatı işlərinin satın alınmasını nəzərdə tutur.
Bundan başqa “BakuBus” MMC "Toptul.Az" MMC ilə də müqavilə bağlayıb. Bu müqavilə Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkınının təmir mərkəzi üçün tələb olunan alət və avadanlıqların satın alınması və quraşdırılmasını nəzərdə tutur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.