AZ

“Leyli və Məcnun” poeması türk dilində çap olundu

Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Ankarada Türkiyə türkcəsində nəşr olunub.

“Yeni Sabah” xəbər verir ki, kitaba yazdığı “Ön söz”də professor, kitabın tərcüməçisi Nimet Yıldırım Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri ilə Şərqin möhtəşəm məhəbbət dastanını qələmə aldığını vurğulayıb.

O, Nizaminin doğulduğu Azərbaycanın qədim şəhəri Gəncənin orta əsrlərdə Azərbaycan, Orta Asiya və Yaxın Şərqdə əhəmiyyətli elm, ədəbiyyat və mədəniyyət mərkəzi kimi tanındığını vurğulayaraq, şairin ömrü boyu Gəncədə yaşadığını, misilsiz əsərlər yaradaraq poeziya dünyasına bənzərsiz töhfələr verdiyi qeyd edib.


Telegram kanalımız
Seçilən
50
3
yenisabah.az

5Mənbələr