Çexiya Prezidenti Pyotr Pavel “Narazı Vətəndaşlar Hərəkatı”nın sədri Andrey Babişi Baş nazir təyin edib.
Paralel.az xəbər verir ki , bununla bağlı Praqa qəsrində keçirilən mərasim “TK” xəbər agentliyi tərəfindən yayımlanıb.
TASS yazır ki, A. Babiş “Narazı Vətəndaşlar Hərəkatı”nı 2011-ci ildə təsis edib. O, 2014-2017-ci illərdə Çexiyanını Baş nazirinin birinci müavini və maliyyə naziri vəzifələrində çalışıb. Babiş ilk dəfə 2017-ci ildə hökumət başçısı olub və 2021-ci ilin sonunadək bu vəzifədə çalışıb.
“Narazı Vətəndaşlar Hərəkatı” 2025-ci il oktyabrın 3-4-də Çexiyada parlamentin Deputatlar Palatasına (aşağı palata) keçirilən seçkilərdə səslərin 34,1 faizini toplayaraq qalib gəlib,
Babişin hərəkatı aşağı palatadakı 200 yerdən 80-nə sahibdir və senatda 12 senatorla təmsil olunur. Ali qanunvericilik orqanının yuxarı palatası 81 senatordan ibarətdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta