AZ

ABŞ, Türkiyə və İtaliya hərbi təlim keçirib

İtaliya, Türkiyə və ABŞ-ın hava və quru qoşunları arasında hərbi təlim keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Bildirilib ki, havadan müdafiə potensialının gücləndirilməsi məqsədilə hər üç ölkədən olan hava və quru qüvvələri İtaliyada hərbi təlim keçirib.

“Təlim NATO-nun radar sistemlərinin operativliyini təmin etmək və səmalarımızı təhlükəsizlikdə saxlamaq bacarığını artırdı”, - NATO-nun məlumatında qeyd olunub.

Seçilən
27
6
operativmm.az

7Mənbələr