AZ

Daşla dolu “KamAZ” dərəyə aşdı, sərnişin xəsarət aldı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Binəqədi-Novxanı-Pirşağı yolunda ağır yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 7-də saat 01:20 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 44-BL-025 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını yoldan çıxaraq dərəyə aşıb. Qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb, yük avtomobilində olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
avtosfer.az

1Mənbələr