UEFA PSJ-nin müdafiəçisi Lukas Ernandesi Liqa mərhələsində “Tottenhem”lə oyunda gördüyü qırmızı vərəqəyə görə diskvalifikasiya edib.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu son turlarda “Atletik”, “Sportinq” və “Nyukasl”a qarşı matçlarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Ernandes bu mövsüm PSJ-də 17 oyunda 1 məhsuldar ötürmə edib.