AZ

Yunan fermerlər Heraklion şəhərindəki beynəlxalq hava limanında blokadanı aradan qaldırıblar

Bakı, 9 dekabr, AZƏRTAC

Etiraz edən yunan fermerlər danışıqlardan sonra Krit adasının paytaxtı Heraklion şəhərindəki Nikos Kazantzakis beynəlxalq hava limanındakı blokadanı aradan qaldırıblar.

AZƏRTAC BTA informasiya agentliyinə istinadla xəbər verir ki, məsələ ilə bağlı hava limanının direktoru Yakovos Ouranos bəyanat yayıb. O bildirib ki, uçuşlar bərpa olunub.

Hava limanı ilk dəfə bazar ertəsi günorta saatlarında bağlanıb. Bazar ertəsi axşam saat 6 radələrində hava limanında əməliyyatlar bir neçə saatlıq bərpa edilib. Limanda xeyli sayda sərnişinlər olub.

Qarşıdurma zamanı etirazçılar polisə daş atıblar, polis isə onlara gözyaşardıcı qazla cavab verib. İlkin məlumata görə, bir polis məmuru və daha 7 nəfər yaralanıb. Polis maşını isə aşıb.

Seçilən
93
2
azertag.az

3Mənbələr