Muğam ifaçısı Məftun Məmmədov ağır qəza edib...
Milli.Az xəbər verir ki, Məftun Məmmədovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Zərdabda baş verən ağır qəzada 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Muğam ifaçısı Məftun Məmmədovun atası və 2 yaşlı övladı da qəza nəticəsində dünyasını dəyişib.
Belə ki, Məftun Məmmədovun atası İntiqam Məmmədov, həmçinin onun 2 yaşlı oğlu Tunar Məmmədov qəzada həlak olub.
Avtomobildə olan digər şəxslər Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam isə xəsarət alıblar.
Poliqon.info