AZ

Bakıda "Women’s Creativity Forum" çərçivəsində yaradıcılıq sənayelərində qadın-liderlərin rolu ilə bağlı sessiyalar keçirilib (FOTO)

Bakı. Trend:

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”çərçivəsində Bakı Konqres Mərkəzində “Women’s Creativity Forum” –Qadın Yaradıcılığı Forumu proqramı üzrə panel sessiyalarıkeçirilib.

Trend xəbər verirki, “WOMEN'S CREATIVITY FORUM: WOMEN PAVING THE WAY IN THE CREATIVEINDUSTRIES” və “WOMEN'S CREATIVITY FORUM: WOMEN, INNOVATION AND THEFUTURE OF THE CREATIVE INDUSTRIES” adlı sessiyalar festivalın ənilhamverici və məzmunlu tədbirlərindən biri olub.

Bu sessiyalar yaradıcılıq sənayelərində fəaliyyət göstərən qadınliderləri və sahibkarları bir araya gətirərək əsas tendensiyaları,mövcud çağırışları və qadınların peşəkar inkişafı üçün yeniimkanları müzakirə etməyə şərait yaradıb.

Qeyd olunub ki, son illər qadınların kreativ sektorlardakı roluəhəmiyyətli dərəcədə artıb və onların töhfəsi yeni mədəni vətexnoloji istiqamətlərin formalaşmasına ciddi şəkildə təsirgöstərir. Azərbaycan, Türkiyə, Bəhreyn, Özbəkistan və Qazaxıstandanolan spikerlər öz təcrübələrini və uzun illər ərzində əldəetdikləri nəticələri təqdim ediblər.

Müzakirələr zamanı iştirakçılar geniş mövzu dairəsiniişıqlandırıblar:

— dizayn, kino və rəqəmsal mediada qadın sahibkarlığınıninkişafı;

— yaradıcı işdə yeni texnologiya və innovativ metodlardanistifadə;

— sənayeyə daxil olmaq istəyən gənc qızların dəstəklənməsi;

— bərabərlik məsələləri, inklüziv peşə mühitinin yaradılması vəkaryeraya başlamağa can atan gənc qızlara dəstək mexanizmləri;

— qadın komandalarının çox vaxt sosial və mədənitransformasiyaların təşəbbüskarına çevrilməsi;

— qadınların kreativ sahibkarlığının inkişafı üçün innovasiya,texnologiya və investisiyaların vacibliyi.

Spikerlər uğurla həyata keçirilmiş layihələrdən nümunələrpaylaşıb, fəaliyyətləri boyunca qarşılaşdıqları çətinliklərdəndanışıblar və liderlik mövqeyinə yüksəlmələrinə hansıstrategiyaların kömək etdiyini izah ediblər. Qeyd edilib ki, qadınkomandaları tez-tez sosial və mədəni dəyişikliklərin mühümtəşəbbüskarları olur və sənayeyə yeni yaradıcı düşüncə formalarıgətirirlər.

Panel sessiyalarının yekun hissəsi zalda səsləndirilən suallarahəsr olunub. Canlı müzakirə formatı iştirakçılara spikerlərəbirbaşa müraciət etmək, müşahidələrini bölüşmək və gələcəkdəinkişaf etdirilməsi vacib olan mövzuları vurğulamaq imkanıverib.

Qeyd olunub ki, qadın liderliyinin artması müasir mədəni vəyaradıcı inkişafın ən mühüm hərəkətverici qüvvələrindənbiridir.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
44
az.trend.az

1Mənbələr