ain.az, Qol.az portalına istinadən məlumat verir.
PSJ üçün 1 pis, 1 yaxşı xəbər
PSJ Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Atletik"lə matça itkilərlə çıxacaq.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritso Romano məlumat yayıb.
Paris təmsilçisindən qapıçı Lukas Şevalye görüşü buraxacaq. Qolkiper hələ də ayaq biləyində ağrı yaşayır.
Virusa yoluxan Usman Dembele isə meydanda ola biləcək. O, Liqa 1-in "Renn"lə son görüşündə səhhətindəki narahatlıq səbəbindən əvəzlənmişdi.
Daha əvvəl xəbər verdiyimiz kimi, PSJ-nin digər futblçusu Lukas Hernandes də bu matçda oynamayacaq. O, UEFA tərəfindən 3 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, "Atletik" - PSJ oyunu dekabrın 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.