AZ

Qırğızıstan Təhlükəsizlik Komitəsinin rəisi rüşvətxor məmurlara xəbərdarlıq etdi

BAKI, 9 dekabr. TELEQRAF

“Dövlət qulluğu vicdanlı və prinsipial əmək qabiliyyəti olmayanlar üçün deyil”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəisi Kamçıbek Taşiyev deyib.

Onun sözlərinə görə, korrupsiyada təqsirli bilinən bütün dövlət məmurları yeni, daha sərt qaydalara əsasən ciddi məsuliyyət daşıyacaqlar, bu təcrübə davam edəcək: “Əgər vicdanla işləyə və qanuni yolla qazandığın gəlirlə övladlarını dolandıra bilmirsənsə, get. Bizneslə məşğul ol, sahibkar ol, daha yaxşı maaşlı iş tap”.

Kamçıbek Taşiyev vurğulayıb ki, rüşvətxor məmurlar həbs olunandan sonra dövlət qulluqçularının qohumları daim onun yanına gəlir, onların azadlığa buraxılması üçün yalvarırlar.

O xəbərdarlıq edib ki, korrupsiya ilə məşğul olan bütün məmurlar məsuliyyətə cəlb olunacaqlar. Taşiyev dövlət qulluqçularını seçim etməyə çağırıb: “Ya vicdanla işləyin, ya da istefa verin, əks halda məsuliyyət qaçılmazdır”.

Seçilən
30
teleqraf.com

1Mənbələr