AZ

Zərdabda yol qəzasında baba və nəvə ölüb, ailənin 5 üzvü xəsarət alıb- FOTO - YENİLƏNİB-2 - VİDEO

Bu gün saat 10:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Nərimanov Tibb Mərkəzindən məlumat verilib.

"Ona başın, boyunun, hər iki yuxarı ətrafın II-III dərəcəli termiki alov yanığı diaqnozu qoyulmuşdur. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", deyə məlumatda qeyd olunub.

***

13.44

Zərdabda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, azyaşlı T.Məmmədovun xəstəxanada öldüyü bildirilir.

Məlumata görə, azyaşlının babası İntiqam Məmmədov hadisə yerində ölüb.

Qəza nəticəsində Bıçaqçı kənd sakini Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam xəsarət alıb.

Qəzaya düşənlər hamısı bir ailənin üzvləridir.

Qəzada xəsarət alan Məftun Məmmədovun xanəndə, "Muğam" Televiziya Müsabiqəsinin iştirakçısı olduğu bildirilir. Məlumata görə, qəzada ölənlər onun atası və oğludur.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:20 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər (2 qadın, 5 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:

"2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi kişi) vəziyyətləri stabil qiymətləndirilir. Onun və vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü (kişi) azyaşlıya göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:50 adələrində bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib", deyə məlumatda vurğulanıb

Qeyd edilib ki, hadisə zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

12.40

Zərdabda baş verən yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, xəsarət alanlardan 3-ü azyaşlıdır.

***

11.19

Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Fakt araşdırılır.

Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda
Seçilən
58
apa.az

1Mənbələr