Avropanın ən nüfuzlu şəxslərin siyahısı tərtib edilib.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp avropalı olmasa da, “Politico” nəşri onu Avropanın ən nüfuzlu 28 şəxsi siyahısında birinci yerə layiq görüb.
Nəşr hesab edir ki, məhz Donald Tramp “köhnə qitədə qaydaları öz şərtləri ilə dəyişən güc” rolunu oynayır.
İkinci yerdə Danimarkanın baş naziri Mette Frederiksen, üçüncü yerdə isə Almaniya kansleri Fridrix Merts qərarlaşıb.
