"Ayaks"ın qapıçısı Vitezslav Yaroş UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"la sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransına qatılıb.
QOL.az xəbər verir ki, o, oyunlarında inkişaf olduğunu bildirib. Çexiyalı qolkiper bildirib ki, "Qarabağ"a qarşı yaxşı oyun sərgiləmək istəyirlər:
"Ayaks"da olduğumuz üçün xoşbəxtəm. Komandamız yaxşıdır. Hər şey gözəldir. Son iki oyunda gördünüz ki, inkişaf etmişik. Şəxsən mən tərəfdən böyük inkişaf var. Sabah "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləxək "Qarabağ" - "Ayaks" matçı saat 21:45-də başlayacaq.