AZ

ADAU tələbələrinin “AgroSphere” startapı rəsmi startap şəhadətnaməsi alıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri tərəfindən yaradılan “AgroSphere” startapı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ekspert Şurasının iclasında müsbət qiymətləndirilib və rəsmi startap şəhadətnaməsi əldə edib.

"Unikal" xəbər verir ki, ekspert Şurası tərəfindən aparılan baxış və qiymətləndirmə nəticəsində “AgroSphere” innovativ həlləri, aqrar sahədə rəqəmsallaşmanın təşviqinə verdiyi töhfə, həmçinin fermerlər üçün yaratdığı praktiki dəyərə görə seçilən layihələrdən biri kimi müəyyən olunub.

Qeyd edək ki, təqdim edilən startap şəhadətnaməsi layihəyə 3 il müddətinə gəlir və mənfəət vergisindən azadolma imkanı yaradır. Bu isə “AgroSphere” komandasının fəaliyyətini daha da genişləndirməsinə, innovativ həllərin tətbiqini sürətləndirməsinə və aqrar ekosistemdə yeni inkişaf imkanlarının formalaşmasına xidmət edəcək.

Seçilən
94
50
unikal.az

10Mənbələr