Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Avropa İttifaqı və ABŞ-nin keçmiş administrasiyasının (Co Bayden) nümayəndələri Gürcüstandan sanksiyaların tətbiqini tələb edərkən, özləri Rusiya ilə intensiv ticarət aparırdılar, bu, ikili standartların nümunəsidir”.
KONKRET.az “Teleqraf”-a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Reallıq budur ki, əgər Rusiya ilə xarici ticarət və Ukraynaya göndərilən vəsaitləri götürsək, Rusiyaya göndərilən vəsaitlər Ukraynaya göndərilənləri üstələyir. Bu, ikili standartdır. Bu kontekstdə xatırladım ki, müəyyən şəxslər, avropalılar və ABŞ-nin keçmiş administrasiyasının nümayəndələri Gürcüstan hökumətindən sanksiyaların tətbiqini tələb edərkən, özləri Rusiya ilə fəal ticarət aparırdılar.
Məsələn, müharibə başlayandan sonra Litva və Latviya Rusiyaya Gürcüstandan dörd dəfə çox şərab satır, halbuki heç biri şərab istehsalçısı deyil. Bu, ikili standartların nümunəsidir”, – baş nazir bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.