"Ayaks" sabah Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda "Qarabağ"ın qonağı olacaq.
"Football-plus.az" xəbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Fred Qrim oyundan əvvəl keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablayıb.
- Klubdakılar bizə çox böyük dəstək verir. Bu, ümidverici haldı. Öhdəliklərimiz var. Bakıya səyahət yaxşı olsa da, ucuz başa gəlmədi. Şadıq ki, azarkeşlərimiz bura gəlib.
- "Qarabağ" haqda fikriniz necədi?
- Oyunlarına baxmışam. "Qarabağ" çox yaxşı komandadı, məğlubiyyətləri azdı. Rəqibin sürətli hücumları var. Oyunçuları texniki cəhətdən yaxşıdı. Bizim üçün çox ciddi oyundu.
- Futbolçuların vəziyyəti necədi?
- Yol yorğunluğu var. Amma oyunçularıma inanıram. Enerjimiz kifayət qədərdi. Futbolçular fəal şəkildə oynamaq istəyir. Hamısı matçı səbirsizliklə gözləyir.
- Vut Veqhorst sabahkı matçda iştirak etməyəcək. Bu haqda nə düşünürsüz?
- Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidi. Qış fasiləsindən öncə zədələnməsi üzücüdü. İndi Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb.
- Kimin oynaya biləcəyi ilə bağlı fikriniz qətiləşib?
- Problem yoxdu. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. "Ayaks"ın inkişafını düşünürük.
- Sabahkı matçdan gözləntiniz nədi?
- Xalımız yoxdu. Çox istəyirik ki, sabah "Qarabağ"la görüşdə xal qazanaq.
- "Ayaks"ın xalı yoxdu, Bakıya 6 əsas oyunçunuz gəlməyib. Demək olar ki, daha çox ölkə çempionatını düşünürsüz?
- "Ayaks" meydana qalib gəlmək üçün çıxır. Hansı oyun olmasının fərqi yoxdu. 7 xalı olan komandaya qarşı oynamaq kifayət qədər ciddiyyət tələb edir. Sabah əlimizdən gələni edəcəyik. Daha sonra çempionat oyunlarına baxacağıq.
- "Qarabağ"ın sizinlə müqayisədə hansı üstünlüyü var?
- "Qarabağ"ın bir neçə matçını təhlil etmişik. Rəqib bu mövsüm çox balanslı, böyümüş komandadı. Çox güclü oynayır. Kifayət qədər çox kəsərli hücumları var. Buna qarşı plan qurmuşuq. Sabah elə oyun olacaq ki, qalib də gələ bilərik, uduza da.
- "Qarabağ"da xüsusi olaraq hansı futbolçunu vurğulayardız?
- Rəqibin müdafiə xətti çox yaxşıdı. Kifayət qədər bloklar edirlər. Orta sahə oyunçuları çox ağıllı və sürətlidi. Ad çəkmək istəmirəm.
- "Qarabağ"la matç sizi qorxutmur?
- Xeyr, qorxmuruq. Baxmayaraq ki, xalımız yoxdu. Canımızı sıfır xaldan qurtarmağa çalışacağıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta