Ukraynada müharibənin keçmiş və hazırkı iştirakçıları ilə bağlı “mülki” cinayət maddələri üzrə səkkiz min hökm çıxarılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Novoya qazeta Evropa” nəşri məlumat yayıb.
İnformasiyada deyilir ki, təxminən yeddi min hökm artıq evə qayıtmış veteranlara aiddir, daha min hökm isə hələ də xidmətdə olan hərbçilərin “mülki” cinayət işləri ilə bağlıdır (özbaşına hissəni tərk etmə, fərarilik və s. istisna olmaqla).
900-dən çox veteran zorakı cinayətlərə, qətl və döymələrə görə məhkum edilib. 379 zərərçəkən həyatını itirib.
Bundan əlavə, veteranlar oğurluq, avtomobil qaçırma və əmlaka ziyan vurma ilə bağlı maddələr üzrə (təxminən 3 min nəfər), yol hərəkəti qaydalarının pozulması (1,8 min), narkotiklərin dövriyyəsi (1,5 min) və dələduzluq (təxminən 400 nəfər) maddələri ilə də məsuliyyətə cəlb olunublar.
Rəsmiyyə Şərifova,
KONKRET.az