AZ

Avtobus idarə edəcək qadın sürücülər üçün təlimlər davam edir

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qadın sürücülərinpeşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyatsektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədiləpaytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir.

Trend xəbər verir ki, bubarədə AYNA məlumat yayıb.

Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkarfəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıqkeçirlər.

Təlimdə “D”, “B” və ya “C” (“C1”) kateqoriyalı sürücülükvəsiqəsinə malik, 60 yaşadək qadınlar iştirak edə bilərlər. Yalnız“B” və ya “C” (“C1”) və yaxud “BC” kateqoriyasına malik olan xanımsürücülərin ən azı 5 il sürücülük təcrübəsi olmalıdır.

Təlimi uğurla başa vuran “D” kateqoriyasına malik iştirakçılaramarşrut avtobuslarında işlə təmin olunmaqda dəstəkgöstəriləcək.

Hazırda AYNA-nın Təlim-Tədris Mərkəzində 8 xanım avtobusidarəetmə təlimində iştirak edir.

Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlarüzrə sərbəst idarəetmə sınaqlarından keçirlər.Bu mərhələdə onlarınhəm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildəqiymətləndirilir.

AYNA-nın bu təşəbbüsü qadınların iqtisadi fəallığınıdəstəkləyir, onların nəqliyyat sahəsində rolunu artırır. Bu, həm dəictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə vəsərnişin məmnuniyyətinə böyük töhfə verir.

Məqalədə:
Seçilən
67
2
az.trend.az

3Mənbələr