AZ

Sabunçudakı partlayışda yaralanan şəxs vəfat etdi

Sabunçudakı partlayışda yaralanan şəxs vəfat etdi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

AFN.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı Sabunçu Tibb Mərkəzi yayıb.

Mərkəzdən bildirilib ki, I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsində müalicə alan xəstəyə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, eləcə də üzün və ətrafların II dərəcəli yanığı diaqnozları qoyulmuşdu.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb və ölüm faktı qeydə alınıb.

Seçilən
50
afn.az

1Mənbələr