Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İstintaq Komitəsində uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, qəzaya uğrayan təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub.
-------------
Rusiya Müdafiə Nazirliyinin An-22 təyyarəsi qəzaya uğrayıb
Milli.Az xəbər verir ki, İvanovo bölgəsində An-22 təyyarəsi qəzaya uğrayıb.
İlkin məlumatlara görə, təyyarə Rusiya Müdafiə Nazirliyinin təyyarəsinə məxsus olub.
Qəza Furmanovski rayonunda baş verib və təyyarədə yeddi heyət üzvü olub. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Xəsarət alanlar və ya qəzanın səbəbi barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31