AZ

Niyazi Bayramovun başçı olduğu Gəncədə 32 milyon görün nələrə xərclənib – oğlunun dəbdəbəli avtomobil kolleksiyası və restoranı ilə gündəmə gəlmişdi – SİYAHI

Məlum olub ki, müxtəlif xidmətlərin, tikinti işlərinin və avadanlıqların alınmasına milyonlarla manat vəsait xərclənib.

NOCOMMENT.az xəbər verir ki, 32gun.az bu dəfə Niyazi Bayramovun rəhbərlik etdiyi Gəncə Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki idarə və müəssisələrin 2025-ci il ərzində həyata keçirdiyi tender müqavilələrini araşdırıb.

Tenderlərin tam siyahısı və məbləğləri:

Gəncə Şəhər İcra Hakimiyyəti – Gəncə Nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyəti

Qeyri-yaşayış sahəsinin kommunal və istismar xidmətinin satınalınması – 25.000 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – İnzibati Bina İdarəsi / PEARL SERVİS Məhdud Məsuliyyətli Cəmiyyəti

Bir sıra xidmətlərin satın alınması – 41.831 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / Qoşqarçay SİB

Su haqqının ödənilməsi – 25.000 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / COLOUR PARK AGRO Məhdud Məsuliyyətli Cəmiyyəti

Abadlıq işləri və istehlak yönümlü müxtəlif xidmətlər, bioloji aktivlərin satın alınması – 45.870 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / HƏDƏF BİR 2025 Məhdud Məsuliyyətli Cəmiyyəti

Dəftərxana və təsərrüfat mallarının satın alınması – 24.479,1 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / NUR SUPPLIER Məhdud Məsuliyyətli Cəmiyyəti

Müxtəlif növ xidmətlərin satın alınması – 61.843,8 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / MAS MMC

Radiotezliklərə internet xidmətinin göstərilməsi – 3.610,8 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / ATLANTIS CONSTRUCTION GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti

Parkın ərazisində cari təmir işləri və müxtəlif avadanlıqların alınması/quraşdırılması – 115.024,04 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / Azpetrol Ltd. Məhdud Məsuliyyətli Cəmiyyəti

Xidməti minik avtomobilləri üçün Aİ-95 markalı benzin – 20.620,8 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / VERTUS ENGINEERING CO MMC

10 ədəd sərnişin liftinin alınması və quraşdırılması – 494.971,65 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / RÖVŞƏN OĞUZ QRUP MMC

Gəncə İdman Sarayının tikinti-quraşdırma işləri (avadanlıqların quraşdırılması, işə baxılması və sınaq işləri) – 12.000.000 AZN

Tikinti-quraşdırma işlərinin davam etdirilməsi – 377.390 AZN

Gəncə İdman Sarayının tikintisi – 4.000.000 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / AZƏRMAŞ PARK MMC

“Lada Niva Tarvel” markalı minik avtomobilinin satın alınması – 26.500 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / GƏNCƏ KÖRPÜ TİKİNTİ-2 Açıq Səhmdar Cəmiyyəti

Gəncə şəhərində yolların əsaslı təmiri – 2.897.827,35 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / Reyhan Müəssisəsi MMC

249 mənzilli yeni yaşayış binasının tikintisi – 2.000.000 AZN

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / GLOBAL SUPPLY SERVICES COMPANY MMC

Cari təmir-tikinti işləri üçün mal-materialın satın alınması – 220.904,59 AZN

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / GƏNCƏ KÖRPÜ TİKİNTİ-2 Açıq Səhmdar Cəmiyyəti

Ekoloji Park kompleksinin və ətraf abadlıq işlərinin satın alınması (2-ci hissə) – 6.189.463,25 AZN

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / ALOV-MÜHAFİZƏ Məhdud Məsuliyyətli Cəmiyyəti

Mühafizə xidmətinin satın alınması – 188.000,31 AZN

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / FLEX Məhdud Məsuliyyətli Cəmiyyəti

Telefon və internet şəbəkələrinin yenilənməsi xidmətlərinin satın alınması – 77.415,08 AZN

2025-ci il ərzində Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyindəki qurumların bağladığı müqavilələrin ümumi məbləği: 32.186.667,72 AZN

Araşdırma göstərir ki, Gəncə Şəhər İcra Hakimiyyəti müxtəlif xidmətlər və iri tikinti layihələri üçün böyük məbləğdə vəsait xərcləyib. Tenderlərin əksəriyyəti MMC-lər vasitəsilə həyata keçirilib ki, bu da diqqət çəkən bir faktordur.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun 2 milyon manatlıq dəbdəbəli avtomobil kolleksiyası barədə məlumatlar yayıb.  Bəhram Bayramova məxsus 13 bahalı maşından beşi – “Jeep”, “Range Rover”, “Bentley”, “Porsche” və “Mercedes” – eyni dövlət nömrəsi ilə qeydiyyata alınıb və onların ümumi dəyəri təxminən 1 milyon manatdır.

Həmçinin ilk dəfə 32gun.az Niyazi Bayramovun oğlunun adına rəsmiləşdirilən və  həyat yoldaşına məxsus olan dəbdəbəli “D’lite” restoranı barədə məlumat vermişdi.

Seçilən
78
2
nocomment.az

3Mənbələr