AZ

"Araz-Naxçıvan" "Kəpəz"i MƏĞLUB etdi

Ajans.az-ın məlumatına görə, "Liv Bona Dea Arena"dakı matçda Naxçıvan kollektivi 2:0 hesablı qələbəyə sevinib. Qolları Coşqun Diniyev (38) və Patrik Andrade (64) vurublar. "Araz-Naxçıvan" turnir cədvəlində 23 xalla altıncıdır. 6 xalı olan "Kəpəz" isə on birinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Seçilən
42
6
Ajans.az

7Mənbələr