Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya İstintaq Komitəsi İvanovo vilayətində qəzaya uğrayan "An-22" təyyarəsi ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, qəzada bütün heyət üzvlərinin həlak olduğu açıqlanıb. Təyyarənin göyərtəsində 7 heyət üzvü olub. Məlumata görə, Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları hadisə ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, "An-22" təyyarəsi təmirdən sonra sınaq uçuşu həyata keçirib. Hərbi nəqliyyat təyyarəsi boş əraziyə düşüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.