AZ

"Futbolçularımın çıxışından çox razı qaldım" - Azər Bağırov

Misli Premyer Liqasında 14-ü tur davam edir.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Kəpəz"i sınağa çəkib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Matçdan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov fikirlərini jurnalistlərlə bölüşüb:

"Mənim üçün maraqlı oyun oldu. Futbolçularımın çıxışından çox razı qaldım. Bir az bəxtimiz gətirmədi. Bəlkə də, birinci və ya ikinci epizodda fərqlənsəydik oyun tam başqa cür olardı. Önümüzə baxıb, oyunlarımızı təhlil edib, səhvlərimizi düzəldib, daha da yaxşı olmağa çalışacağıq."

Seçilən
40
fanat.az

1Mənbələr