2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu, ötən illə müqayisədə 253 milyon manat çoxdur.
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi. Yeni ildə sosial istiqamət prioritet olaraq qalır. Belə ki, 2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17,1 milyard manat yönləndiriləcək.