AZ

Fransada büdcə səsverməsi ərəfəsində qeyri müəyyənlik hökumətdə narahatlığı artırıb

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransada sosial müdafiə büdcəsinin (PLFSS) taleyi bu gün – dekabrın 9-da Milli Assambleyada keçiriləcək yekun səsvermədən asılı olacaq. Səsvermənin nəticəsi təkcə 2026-cı il üçün sosial xərclərin gələcəyini deyil, həm də Baş nazir Sebastyən Lökornünün siyasi mövqeyini müəyyən edəcək. Çünki hesablamalara görə, mövcud siyasi balansda layihənin qəbul edilmə ehtimalı son dərəcə aşağıdır.

AZƏRTAC xəbər verir ki, səhiyyə naziri bildirib ki, hökumətin təklif etdiyi sənəd 2026-cı ildə Sosial Təhlükəsizlik sistemində 19,6 milyard avro kəsir nəzərdə tutur. Bu rəqəm sosial modelin maliyyələşdirilməsində artan qeyri-sabitliyin göstəricisi kimi qiymətləndirilir.

Xəbərlərdə hökumət daxilində əhvali-ruhiyyənin pessimist olduğu bildirilir. Sosial müdafiə üzrə büdcə layihəsi müxtəlif prizmalardan hesablansa da, nəticə eyni alınır - layihə qəbul olunmur. Hökumətin arxalanmalı olduğu mərkəzçi blok belə tam dəstəyi təmin etmir.

Bu gün deputatlar hələ bir məsələyə – səhiyyə sığortası xərclərinin yuxarı həddinə – səs verməlidirlər. Hökumət dünən gecə fövqəladə qaydada təklif edib ki, bu limit 3 faizə qaldırılsın, yəni əvvəlki layihədən demək olar ki, iki dəfə çox. Bu addım sosial sahədə artan tələblərə cavab kimi görünür, amma eyni zamanda büdcə kəsirini daha da dərinləşdirə bilər. Bu səsvermə Fransa siyasətində bir növ etimad imtahanı rolunu oynayır. Layihənin qəbul edilməməsi Sebastyən Lökornünün mandatını sual altına sala bilər.

Siyasi fraksiyalar arasında parçalanma Makron hökumətinin onsuz da zəif olan parlament dayağını daha da sarsıdır. Sosial müdafiə sistemində artan kəsir isə struktur islahatlarının qaçılmaz olduğunu göstərir. Beləliklə, bu gün keçiriləcək səsvermə təkcə bir büdcə sənədi haqqında deyil - Fransanın sosial modeli, hökumətin davamlılığı və siyasi balansı haqqında həlledici mərhələdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
2
yeniazerbaycan.com

3Mənbələr