AZ

“Ukraynada prezident seçkilərinin vaxtı çatıb”

"Ukraynada yeni prezident seçkiləri keçirməyin vaxtı çatıb".

Milli.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Tramp  "Politico"ya müsahibəsində deyib.

Müsahibə zamanı jurnalist Trampa Ukraynada prezident seçkilərinin keçirməyin zamanının yetişib-yetişmədiyi ilə bağlı sual ünvanlayıb. O isə cavabında bildirib:

"Bəli, mən belə düşünürəm. Artıq çox vaxt keçib. Hesab edirəm ki, zamanı yetişib. Onlar müharibə bəhanəsi ilə seçkilər keçirmirlər. Zənnimcə, ukraynalıların seçim şansı olmalıdır".

Xatırladaq ki, Volodimir Zelenski 2019-cu il mayın 20-dən Ukrayna prezidentidir. Onun 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb. Ölkədə hazırda hərbi vəziyyət rejimi qüvvədə olduğundan seçkilər təşkil edilməyib. 

Milli.Az

Seçilən
12
1
milli.az

9Mənbələr