AZ

“Qalatasaray” “Spartak Moskva”nın ulduzunu istəyir

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiə xəttini gücləndirmək qərarına gəlib. Baş məşqçi Okan Buruk hazırda “Spartak Moskva”da top qovan Gedson Fernandeşi heyətə daxil etmək istəyir.

Metbuat.az xəbər verir ki, Fernandeş “Beşiktaş”ın əsas oyunçularından biri olub. O, bu mövsümün əvvəlində Rusiyanın “Spartak Moskva” klubuna keçib. İstanbul klubunun Fernandeşin müqabilində 26 yaşlı yarımmüdafiəçi Qabriel Saranı moskvalılara verməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Rusiya komandası Fernandeşin transferi üçün bonuslar da daxil olmaqla 27 milyon avro xərcləyib.

Saranın isə bazar dəyəri 22 milyon avrodur. Rusiyanın “Zenit” və İngiltərənin "Lids Yunayted" klubları da Saranın xidmətində maraqlıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
metbuat.az

2Mənbələr