ain.az, Yeniavaz portalına istinadən məlumat verir.
Albaniyada azərbaycanlı dənizçi bədbəxt hadisə nəticəsində həlak olub.
Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, Panama bayrağı altında üzən “Kybele” gəmisindən yük boşaldılması zamanı 25 yaşlı Əvəz Cəfərovu cərəyan vurub.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.