AZ

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” - FOTO

Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır.

Milli.Az xəbər verir ki, bunu Bakı Network Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli Ankarada baş tutan "Qafqaz və Orta Dəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji" mövzusundakı paneldə deyib.

Sahil Kərimli çıxışında Qafqaz regionunun Avropa və Asiya arasında strateji körpü olduğunu vurğulayıb: "Qlobal ticarət yolları dəyişir. Orta Dəhliz bu prosesdə bölgənin əhəmiyyətini daha da artırır. Bu dəhliz yükdaşımaları sürətləndirir, təhlükəsizliyi artırır, logistika və xidmət sektorunun inkişafına təkan verir."

O, bildirib ki, Orta Dəhliz həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: "Enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün prioritetdir və Cənubi Qafqaz bu strategiyada əsas halqadır. Region yalnız tranzit ərazi deyil, həm də beynəlxalq iqtisadi əməkdaşlıq üçün mühüm platformadır."

Sahil Kərimli Azərbaycanın Türkiyə ilə siyasi və iqtisadi sahədə dərin əməkdaşlığına da toxunub: "Hər sahədə bir-birimizin yanındayıq."

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Seçilən
92
1
milli.az

2Mənbələr