AZ

Rimas Kurtinaytis: Razıyam ki, Sabah ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

"Sabah"ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi.

Fanat.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Nimburk"a (Çexiya) qarşı FIBA Çempionlar Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Azərbaycan klubu FIBA Çempionlar Liqası kimi nüfuzlu turnirdə ilk dəfə idi ki, qələbə qazandı. Biz əvvəlki oyunlarda da qələbəyə çox yaxın idik. Sadəcə komandamızda müəyyən problemlər müşahidə olunurdu. Castin Tillman zədəli idi, Cerri Bleyks isə sonradan qoşuldu. Razıyam ki, qələbə bir qədər gecikdi. Qələbə qazana bildiyimiz üçün çox şadam. Bu uğur münasibəti ilə komandamızı, bütün basketbolsevərləri təbrik edirəm. Növbəti matçda da qalib gəlməyə çalışacağıq. Artıq bundan sonra növbəti mərhələ üçün lazım olan digər detallara diqqət edəcəyik".

Qeyd edək ki, "Sabah" - "Nimburk" görüşü "bayquşlar"ın 105:87 hesablı qələbəsi ilə bitib.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
5
fanat.az

6Mənbələr