AZ

Bakı metrosunda daha bir yeni nəsil qatar xəttə buraxıldı

“AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC qatar parkını genişləndirməkdə davam edir.

QSC-dən Publika.az-a bildirilib ki, sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə daha bir yeni nəsil qatar istismara verilib.

Ən yeni texnologiyalar əsasında hazırlanmış müasir vaqonlar bu il istismar müddəti başa çatan əvvəlki nəsil qatarın əvəzinə xəttə buraxılıb.

Bununla hazırda xətlərdə olan yeni nəsil qatarların sayı 170 vaqona (34 qatar) çatdırılıb.

Sazlama və komplektləşdirmə işləri aparılan daha 10 vaqon 2025-ci ilin sonunadək sərnişindaşımaya cəlb ediləcək.

Seçilən
30
25
publika.az

10Mənbələr