AZ

Almaniya Ermənistanın Avropa ilə yaxınlaşmasında maraqlıdır - Merts

Almaniya Ermənistanın Avropa ilə yaxınlaşmasında son dərəcə maraqlıdır.

"Ölkə.az" Armenpress-ə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bildirib.

"Biz Ermənistanın Avropa ilə yaxınlaşmasında çox maraqlıyıq. Bizim konkret layihələr üzrə razılaşmamız var və Almaniya bu sahədə daha böyük müstəqilliyə nail olmaq üçün Ermənistana bir sıra enerji təchizatı layihələri ilə kömək edəcək", Merts deyib.

Kansler, qeyd edib ki, o və Ermənistan Baş naziri bu məsələ ilə bağlı çox məzmunlu müzakirələr aparıblar və müvafiq razılaşmalar əldə ediblər ki, bunlar da yazılı şəkildə qeydə alınıb.

Elvin

Ölkə.az

Seçilən
16
1
olke.az

2Mənbələr