AZ

Macarıstan müxalifəti zorakılıq qalmaqalına görə Orbanın istefasını tələb edir

Budapeştdə dövlət mərkəzində azyaşlılara qarşı zorakılıq görüntüləri böyük siyasi qalmağa səbəb olub...

Poliqon xəbər verir ki, Macarıstan müxalifəti baş nazir Viktor Orbanın dərhal istefa verməsini və ölkədə növbədənkənar seçkilərin keçirilməsini tələb edib. Bu çağırış Budapeştdəki dövlətə məxsus yeniyetmələrin saxlanma mərkəzində fiziki zorakılıq halları əks olunan videomaterialların yayılmasından sonra edilib.

Bloomberg yazır ki, polis ötən gün paytaxtdakı həmin müəssisədə axtarışlar aparıb. Bu addım müxalifətin aylar əvvəl səsləndirdiyi tələblər, keçmiş direktorun azyaşlılara qarşı seksual zorakılıqda ittiham olunması və müəssisədə fahişəlik şəbəkəsi təşkil etdiyinə dair şübhələr fonunda atılıb. Araşdırma üzrə təzyiqlər son həftələrdə daha da güclənib.

Müxalifət lideri Peter Nadjar sosial şəbəkədə etdiyi açıqlamada bildirib ki, “Viktor Orbanın özü və hökuməti üçün tək çıxış yolu istefadır”. O həmçinin prezidentə müraciət edərək parlament seçkilərinin ən qısa zamanda təyin olunmasını tələb edib.

Hadisə ölkədə uşaq hüquqlarının qorunması ilə bağlı hökumət siyasətinin yenidən ciddi tənqid olunmasına səbəb olub və qarşıdan gələn seçki ili ərəfəsində hakim “Fides” partiyasının reytinqi üçün risk yaradır. Apreldə keçiriləcək parlament seçkiləri öncəsi sorğular göstərir ki, Nadjarın rəhbərlik etdiyi “Tisa” partiyası hazırda öndədir.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr