Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə “parlaq coğrafi biliklərini” nümayiş etdirib.
“AzPolitika” xəbər verir ki, “Politico”-ya müsahibə verən Tramp yaydan bəri ikinci dəfə Krımı "dörd tərəfdən okeanla əhatə olunmuş nəhəng ərazi" adlandırıb.
"Bilirsiniz, mən qəlbən rieltoram, elə deyilmi? Daşınmaz əmlak haqqında çox məlumatlıyam. Hər dəfə bu xəritəyə baxanda deyirəm: "Oh, Krım çox gözəldir. Vau. Dörd tərəfdən okeanla əhatə olunub. Əsas hissəyə çatmaq üçün yalnız kiçik bir torpaq sahəsi var. Yəni, Krım nəhəngdir", - deyə ABŞ Prezidenti bildirib.
Xatırladaq ki, Krım okeanla deyil, Qara dəniz və Azov dənizi ilə əhatə olunub.
Avqust ayında ABŞ Prezidenti jurnalistlərlə söhbəti zamanı Krımın ərazisini ABŞ-nin Texas ştatının ölçüsü ilə eyniləşdirmişdi. Əslində, Texasın sahəsi 695.000 kvadrat kilometrdən çoxdur, Krım isə təxminən 27.000 kvadrat kilometrdir. Yəni, Texasın ərazisi Krımdan təxminən 26 dəfə böyükdür.
Yazda Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaya əsasən Krımın "Rusiyanın bir hissəsi olaraq qalacağını" bildirmişdi. Daha sonra o, yarımadanın Ukraynaya qaytarılmasının mümkünsüzlüyünü dəfələrlə təkrarlayıb. ABŞ sülh planının sızdırılmış variantında bildirilirdi ki, həllin bir hissəsi olaraq Krım, eləcə də Donetsk və Luqansk ABŞ tərəfindən faktiki olaraq Rusiya ərazisi kimi tanınacaq.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.