AZ

“Azərbaycan və Ermənistan arasında sülh həm bölgədə, həm də dünya miqyasında rifah üçün ümidverici əlamətdir” Kansler

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniya Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sülh müqaviləsi üzərində razılığın əldə olunması münasibətilə təbrik edib.Bizim.Media xəbər verir ki, bu barədə Kansler Almaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Berlində təşkil olunan birgə mətbuat konfransında bildirib.

 

“Bu, həm bölgədə, həm də dünya miqyasında sülh və rifah üçün ümidverici əlamətdir. Sizin razılaşmanız məhz bu gərgin və dəyişkən dövrlərdə regiondan kənarda da mühüm və müsbət mesaj verir. Bizim baxışımıza görə, indi əsas məsələ Ermənistan və Azərbaycanın qalan addımları sülh yolu ilə atması və həll olunmamış məsələlərin qarşılıqlı razılıqla həll edilməsidir”, - deyə Merts qeyd edib.

Kanslerin sözlərinə görə, Almaniya hər iki tərəfi bu yolda dəstəkləməkdə davam edəcək.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
3
bizim.media

6Mənbələr